Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:02

FSB 438 Ukrayna əsgərinin Rusiyaya keçməsi haqda məlumat verib


Rusiya bildirir ki, avqustun 4-nə keçən gecə 438 Ukrayna əsgəri rusiyapərəst yaraqlılarla döyüşlərdən yayınaraq Rusiyaya keçiblər.

Ukrayna ordusu dəqiqləşdirilməyən sayda Ukrayna əsgərinin Rusiyaya keçməsini təsdiqləyir, ancaq onların Rusiyaya sığınacaq almaq üçün getdiyini təkzib edir.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti FSB-nin rəsmisi Malayev deyib ki, 438 əsgər Rusiyaya keçə bilmək üçün mürcaiət edib və Rusiya onlara humanitar dəhliz verib.

Malayev sonradan deyib ki, Rusiya ərazisinə keçən həmin əsgərlərdən 180-i Ukraynaya qayıtmaq haqda müraciət edib.

XS
SM
MD
LG