Ermənistanın baş naziri Ovik Abramian və müdafiə naziri Seyran Ohanian Azərbaycanla sərhəddə olan Tavuş rayonunda olublar.
Baş nazir deyib ki, imkan olan kimi müqavilə ilə qulluq edən əsgərlərin maaşları artırılacaq. O deyib ki, hazırda hökumət sərhəd zonasında biznes quranları vergidən azad etmək məsələsinə baxır. Onun sözlərinə görə, Nazirlər kabineti sərhədyanı kəndlərə qaz və işığın verilməsinə subsidiya ayırmaq məsələinə də baxır.