Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:19

27 min Rusiya turisti xaricdə qalıb, qayıda bilmir


Rusiyanın Federal Turizm Agentliyi avqustun 4-də bildirib ki, 27 min rusiyalı turist xaricdə qalıb və onların geri qayıtmağa bileti yoxdur. Buna səbəb isə Rusiyanın bir neçə turist şirkətinin iflas olmağıdır.

Avqustun 2-də “Labirint” turist şirkəti iflas oldu, bu da Rusiyanın son 3 həftədə iflas olan 4-cü turist şirkətidir.

Turizm şirkətlərinin bağlanmağını beynəlxalq sanksiyalara görə Rusiya rublunun məzənnəsinin düşməyi ilə izah edirlər.

Federal Turizm Agentliyindən İrina Shegolkova deyib ki, turist şirkətlərinin bağlanmağı ola bilsin ki, yalnız başlanğıcdır və domino effekti ola bilər.

XS
SM
MD
LG