Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45

Yaralı əsgər vəfat edib


Azərbaycan Müdafiə nazirliyinin məlumatına görə, Azərbaycan ordusunun cəbhə bölgəsində verdiyi itkilərin sayı 13-ə çatıb.

APA-nın məlumatına görə, iyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan qüvvələrinin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri, 1996-cı il təvəllüdlü Anar Vidadi oğlu Qarazadə hərbi hospitalda dünyasını dəyişib.

A. Qarazadə Biləsuvar rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti doğulduğu Biləsuvar rayonuna aparılıb.

Hərbiçi bu gün torpağa tapşırılacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirliyin mətbuat xidməti bildirib ki, həkimlərin səylərinə baxmayaraq, ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunu xilas etmək mümkün olmayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

XS
SM
MD
LG