Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 17:49

-

Gürcüstan məhkəməsi keçmiş prezident Mikheil Saakashvili barəsində həbs qərarı çıxarıb.

İyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakashvili-nin həbsini istəyib. Eks-prezident Baş Prokurorluqda istintaqa gəlməkdən imtina etdiyi üçün onun həbsi istənib.

Avqustun 1-də Tbilisi şəhər məhkəməsi prokurorluğun tələbini təmin edib.

Saakashvili 2010-cu ildə hökumət əleyhinə olan etirazları dağıtmaqda və «Imedi» telekanalının təsisçisinin mülkiyyətini əlindən almaqda günahlandırılır.

Hazırda ABŞ-da yaşayan Mikheil Saakashvili özü bu ittihamları rədd edir.

Avropa Birliyi və ABŞ Saakashvili-yə qarşı ittihamlardan narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG