Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 12:51

Rusiyanın 3 avtomobil zavodu işini dayandırır


Arxiv foto

Eyni vaxtda Rusiyanın 3 avtomobil zavodu işini dayandırır və işçilərini kütləvi məcburi məzuniyyətə göndərir. İTAR-TASS-ın yaydığı məlumata görə, bunlar Tolyatidəki «AvtoVAZ», «GM-AvtoVAZ» və Kaluqadakı «Volkswagen» konserninin zavodudur.

Məlumata görə, «Volkswagen Qrupp Rus » şirkətinin əməkdaşları avqustun 25-dək, avtomobil zavodlarının işçiləri isə avqustun 17-də məcburi məzuniyyətdə olacaqlar.

«AvtoVaz»ın 45 minə yaxın işçisinin birdən məzuniyyətə göndərilməsi birinci dəfədir baş verir.

Avropa biznes Assosiasiyasının bir müddət əvvəl açıqlanan proqnozuna görə, 2014-cü ildə Rusiyada avtomobil satışı 12 faiz (335000) aşağı düşəcək.

XS
SM
MD
LG