Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:07

Gəncədə böyük ticarət mərkəzi tikilir


Gəncə şəhəri
Gəncə şəhəri

Gəncədə ölkənin ən böyük ticarət-əyləncə mərkəzlərindən birinin tikintisinə başlanıb.

Heydər Əliyev prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində tikilən ticarət mərkəzinin sahəsi 7 min 500 kvadratmetr olacaq.

6 mərtəbəli mərkəzin 2 mərtəbəsi dayanacaq üçün nəzərdə tutulub.

Qalan mərtəbələrdə isə ticarət və iaşə obyektləri, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar olacaq.

Mərkəz gələn ilin sonunda istifadəyə verilməlidir.

XS
SM
MD
LG