Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:57

Liberiyada tanınmış həkim Ebola virusundan ölüb


Ebola Virusuna yoluxmuş adam
Ebola Virusuna yoluxmuş adam

-

Afrikanın qərbində yerləşən Liberiyada tanınmış həkim Ebola virusundan ölüb. Bu barədə ölkə rəsmiləri məlumat yayıblar.

Virusun müalicə yolları hələlik tibbə məlum deyil. Bu virus dünyada ölümcül infeksiyalardan biri sayılır.

Həkim Samuel Brisbane Ebola virusuna yoluxan xəstələri müalicə edərkən özü də infeksiyaya yoluxub və vəfat edib.

Xəstəliklə mübarizə aparmaq üçün Liberiya paytaxtına gələn amerikalı həkim və bir missioner də infeksiyaya yoluxub.

Ebola virusunun yoluxması nəticəsində Liberiyada 130, Afrikanın qərbində 700-ə yaxın adam ölüb.

Virusa yoluxma nəticəsində xəstədə yüksək hərarət və boğaz ağrısı başlayır, qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.

XS
SM
MD
LG