Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:07

Təmas xəttində bir Ermənistan əsgəri ölüb


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışmada bir Ermənistan əsgəri ölüb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Hadisə iyulun 26-da baş verib.

Azərbaycanın müdafiə nazirliyinin həmin gün yaydığı məlumata görə, iyulun 25-dən 26-na keçən gecə erməni kəşfiyyat-təxribat qrupu Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Ermənistan rəsmiləri isə bunun əksini deyir.

Nazirliyin məlumatında bildirilir ki, qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkiliblər.

XS
SM
MD
LG