Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 06:08

«Rusiya 2018-ci il futbol çempionatı keçirmək hüququndan məhrum edilsin»


Britaniya baş nazirinin müavini Nick Clegg hesab edir ki, Ukraynanın şərqində separatçılara yardım etdiyi üçün Rusiya 2018-ci il futbol üzrə dünya çempionatı keçirmək hüququndan məhrum edilsin.

Clegg-in fikrincə, Ukraynanın Donetsk vilayətində sərnişin təyyarəsinin vurulması ilə Rusiyanın qanunsuz silahlılara yardımı arasında bilavasitə bağlılıq var.

O, «Sunday Times» qəzetinə müsahibəsində deyib ki, çempionatın Rusiyada keçirilməsinə razılıq verməklə, dünya Vladimir Putinə qarşı etirazlarda zəifliyini və səmimi olmadığını göstərəcək.

XS
SM
MD
LG