Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:00

Hüquq müdafiəçisi Müsavatın həbsdə olan üzvü ilə görüşüb


Fərəc Kərimov
Fərəc Kərimov

-

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə apa-ya E.Behbudovun özü məlumat verib:

«Orada saxlanılan Müsavat Partiyasının üzvü Fərəc Kərimovla görüşdük. O, özünü təqsirli bilmir. Saxlanma şəraitindən, ona qarşı münasibətdən şikayəti yoxdur. Ona hər hansı təzyiq olmayıb. Lakin dedi ki, ciyərləri xəstədir və xahiş etdi ki, gəzinti meydanına çıxma vaxtını artırsınlar. Mən bu məsələni saxlama yerinin rəhbərliyinə çatdırdım. Onlar dedilər ki, heç bir problem yoxdur. Fərəcin qardaşı Sirac da həmin maddə ilə ittiham edilir və Bakı İstintaq təcridxanasına köçürülüb».

Fərəc Kərimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama) maddəsi ilə ittiham edilir. O, iyulun 23-də həbs edilib.

Yaxınları və Müsavat Partiyası Fərəc Kərimovun həbsini onun siyasi fəaliyyəti ilə bağlayırlar.

XS
SM
MD
LG