Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:50

MN: Erməni kəşfiyyatçılarının təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb


Erməni hərbçiləri
Erməni hərbçiləri

-

İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bunu Azərbaycanın Müdafiə Nazirliyi bildirir.

Nazirliyin yaydığı xəbərə görə, Azərbaycan hərbçiləri bundan duyuq düşüb təxribatın qarşısı alıb.

Müdafiə Nazirliyi bildirir ki, qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilib. Nazirlik qarşı tərəfin itki verdiyini iddia edir. Azərbaycan tərəfindən itki yoxdur.

Ermənistan Müdafiə Nazirliyi hələ ki, məsələyə münasibət bildirməyib.

XS
SM
MD
LG