Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:29

Fərəc Kərimli 3 ay müddətinə həbs olunub


Fərəc Kərimli
Fərəc Kərimli

-

Nərimanov rayon Məhkəməsi müsavatçı fəal, bloqqer Fərəc Kərimli haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Vəkilin dediyinə görə, o, külli miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham olunur:

«Saxlanan gündən bəri onunla bağlı heç bir məlumat ala bilmirdik. Bu gün səhər prokurorluğa getdim, yenə dedilər ki xəbərimiz yoxdur. Gündüz xəbər göndərdilər ki, məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb. Məhkəmədən qərarın surətini almışıq. Məlum oldu ki, bu günə kimi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanırmış. Məhkəmədən sonra da aparıblar ora. Qanunla məhkəmədən sonra Kürdəxanı təcridxanasına aparılmalı idi. Onun təkrar bu idarəyə gətirilməsi tam qanunsuzluqdur. Hazırda atası ilə birlikdə onunla görüşməyə cəhd edirik».

Fərəc Kərimli iyulun 23-də saxlanıb. Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı.

Müsavat Partiyası bəyanat yayaraq, Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

XS
SM
MD
LG