Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:30

Cəbhə xəttində ölülər də, dirilər də gecəyarını gözləyir

1993-cü il iyulun 23-də işğal olunan Ağdam rayonunun işğaldankənar kəndləri də var. Cəbhə xəttinə yaxın ərazilərdə yaşamaq çətin və yetərincə təhlükəlidir. 2011-сi ildə separatçı snayperin öldürdüyü 9 yaşlı Fariz Bədəlov cəbhə xəttində həyatin təhlükəli dərəcəsini açıq göstərir. Fariz Bədəlovun ailəsi onun ölümünədək hər hansı qoruyucu divarsız erməni silahlı qüvvələrinin ərazidəki postlarına çox yaxın məsafədə yaşayırdı. Hadisədən sonra ölkə rəsmiləri Farizin ailəsinə baş çəkiblər. O günədək işıqsız və qazsız kəndə işıq və qaz çəkilib. Burada istinad divarı da tikilib. Ancaq yetərincə qalın olmayan bu divar sakinləri irihəcmli mərmilərdən qorumağa yetmir. Fotolar Cahangir Yusifə məxsusdur.

Davamı

Bölmələr

XS
SM
MD
LG