Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:50

BVF dünya iqtisadiyyatına proqnozunu aşağı salır


Beynəlxalq Valyuta Fondu bildirir ki, dünyada iqtisadi vəziyyət düzəlir, ancaq bu bərpanın sürəti azalır və yenidən iqtisadi geriləmə riski qalır.

BVF 2014 və 2015-ci illərə iqtisadi artım proqnozunu aşağı salıb. Buna səbəb ABŞ-da qışın soyuq keçməsi daxili tələbatın azalması, Çində iqtisadi artımın gözlənildiyindən az olması və Ukrayna böhranı kimi geosiyasi risklərdir. Fondun 2014-cü ilə indiki proqnozu əvvəlkindən 0,3 faiz azdır.

Fond indi bu il dünyada 3,4 faiz iqtisadi artım gözləyir.

Azərbaycanın yerləşdiyi Müstəqil Dövlətlər Birliyi regionunda Fond 2014-cü ildə 0,9 faiz iqtisadi artım olacağını düşünür. Bu, əvvəlki proqnozdan 1,1 faiz azdır. Belə azalmaya səbəb Rusiya ilə bağlı Fondun daha bədbin olmasıdır. Rusiyanı çıxanda, bu regionda iqtisadi artıma proqnozunu fond 0,6 faiz aşağı salıb və Rusiyasız MDB-də iqtisadi artımın 2,4 faiz olacağını düşünür.

Fondun dünya üzrə 2015-ci ilə proqnozu isə dəyişməyib.

XS
SM
MD
LG