Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 02:29

Ukraynanın baş naziri Yatsenyuk istefa verdi


Ukraynanın baş naziri Arseniy Yatsenyuk iyulun 24-də istefa verdi.

Bundan qabaq isə parlamentdə əksəriyyəti təşkil edən koalisiya buraxıldı ki, prezident Poroshenko yeni parlament seçkiləri prosesinə başlaya bilsin.

Yatsenyuk deputatları tənqid edib ki, enerji və orduya maliyyənin artırılması ilə bağlı qanunları qəbul edə bilmədilər. O öz istefasını koalisiyanın dağılması və hökumət üçün vacib qanunların qəbul olunmaması ilə izah edib.

Yatsenyukun istefasından sonra spiker Turchinov UDAR və Svoboda partiyalarından xahiş edib ki, baş nazir vəzifəsinə “texniki namizəd” irəli sürsünlər.

XS
SM
MD
LG