Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 03:06

Qəzzada ölənlərin sayı 729-a çatdı


Qəzzada ölənlərin sayı 729 oldu. Fələstin rəsmiləri bildirirlər ki, İsrail tankının atəşi ilə Qəzzada bir məhəllədə 35 adam ölüb, o cümlədən 18 aylıq uşaq. Həmin uşağın daha 6 ailə üzvü də həlak olub.

Qəzzada 140 min adam öz evini tərk edib.

Rəsmilərin məlumatına görə, 475 ev dağılıb. 2644 ev zədələnib. 46 məktəb, 56 məscid müxtəlif zədələr alıb.

Hazırda ABŞ-ın, Misirin, Qətərin, Türkiyənin vasitəçilik səsyləri ilə Həmasla İsrail arasında atəşkəsə çalışırlar. Ancaq ABŞ rəsmiləri atəşkəsin həftə sonuna əldə olunacağına şübhə edir. İsrail bildirir ki. ordunun öz missiyasını yerinə yetirib, başa çatdırmasına 1-2 həftə əlavə vaxt lazımdır.

XS
SM
MD
LG