Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:01

Ukrayna parlamentində fraksiyası ləğv olunan kommunistlər məhkəməyə üz tutacaq


Ukrayna Kommunist partiyasının parlament fraksiyasının üzvləri bu fraksiyanın buraxılması haqda spikerin qərarından məhkəməyə şikayət verəcəklər.

Spiker Turchinov elan edib ki, kommunistlərin fraksiyasını ləğv edir. Komunistlər isə bildirirlər ki, Ali Məhkəməyə müraciət edəcəklər.

İyulun 22-də spikerə fraksiyanı ləğv etmək səlahiyyəti verən qanunu prezident Poroshenko imzaladı. Qanuna görə, fraksiya yaranandan bəri üzvlərinin sayı azalıbsa, bu fraksiyanı parlament sədri ləğv edə bilər.

Komunistlər parlament iclasında fraksiyasız da iştirak edə bilərlər.

İyulun 24-də Kiyev məhkəməsi Kommunist partiyasının qadağan olunması ilə bağlı dinləməyə başlayır.

XS
SM
MD
LG