Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 18:36

Həmsədrlər atəşkəs müqaviləsinə sadiq qalmağa çağırır


ATƏT-in Minsk qrupunun həmsədrləri

-

Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 23-ü Vyanada bəyanat yayıblar. Bəyanatda Qarabağ bölgəsində gərginliyin, zorakılığın artmasından, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatlıq ifadə olunur.

İyulun 22-də Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandianla ayrı-ayrılıqda görüş keçirdiklərini vurğulayan həmsədrlər tərəfləri mülki şəxslərə və yaşayış məntəqələrinə qarşı zorakılıqdan, itkilərdən çəkinməyə, atəşkəs müqaviləsinə sadiq qalmağa çağırdıqlarını vurğulayıblar.

Bəyanatda qeyd olunur ki, xarici işlər nazirləri ilə danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün gündəliyi müzakirə olunub, tərəflərin BMT Baş Məclisinin sessiyasının keçiriləcəyi Nyu-Yorkda bir araya gəlmək ehtimalı götür-qoy edilib.

Həmsədrlərin bəyanatında tərəflər arasında etimad yaradılması üçün xalqların təması proqramlarına dəstək ifadə olunur.

Vasitəçilərin Vyanada Minsk qrupu ölkələrinin nümayəndələrinə sülh danışıqlarının gedişi barədə məlumat vermək üçün toplaşdığı bildirilir./Mediaforum/

XS
SM
MD
LG