Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 21:25

Merkel yəhudilər əleyhinə şüarları qətiyyətlə pisləyir


Almaniya kansleri Merkel Almaniya boyu Fələstinlilərə dəstək nümayişlərində anti-semit şüarları qətiyyətlə pisləyib.

Merkel iyulun 23-də verdiyi bəyanatında bildirir ki, “azadlığa və tolerantlığa hücum bizim azad və demokartik nizamımızl laxlatmaq cəhdidir”.

“Buna dözmək olmaz və dözülməyəcək”.

İyulun 22-də vitse-kansler Sigmar Gabriel bildirdi ki, İsrail hökuməti əleyhinə şüarlar olar, yəhudilər əleyhinə şüarlar qətiyyən olmaz.

Almaniya üzrə nümayişlərdə yəhudilər haqda təhqiramiz şüarlar səsləndirilir.

Eyni mənzərə Fransa, İtaliya kimi Avropa ölkələrindəki nümayişlərdə də müşahidə olunur.

İyulun 22-də Almaniya, İtaliya və Fransa xarici işlər nazirlərinin birgə bəyanatında deyilirdi ki, “anti-semitizmə, yəhudilərə qarşı düşmənçiliyə bizim cəmiyyətlərdə yer yoxdur”.

XS
SM
MD
LG