Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:04

Kerry İsrailə əvvəlcədən elan olunmamış səfərə gəlib


ABŞ Dövlət katibi John Kerry İsrailə əvvəlcədən elan olunmamış bir günlük səfərə gəlib. O, İsrailin baş naziri Netanyahu, Fələstin lideri Mahmud Abbas və BMT baş katibi Ban Ki-Moonla görüşəcək.

Kerry-nin səfərində əsas məqsəd Həmasla İsrail arasında atəşkəsə nail olmaqdır. Səfər ərəfəsi Kerry bildirib ki, atəşkəs məsələsində müəyyən tərəqqi var.

Kerry İsrailə qırıcı təyyarə ilə gəlib. Məlum olduğu kimi ABŞ-ın, Avropanın hava yolları şirkətləri İsrailə uçuşları dayandırıblar.

Həmas-İsrail qarşıdurmasında ölən fələstinlilərin sayı 645-ə çatdı.

İsrail tərəfdən 29 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG