Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Nigeriya prezidenti 100 gün əvvəl oğurlanan məktəbli qızların valideynləri ilə görüşüb


Goodluck Jonathan

Nigeriya prezidenti Goodluck Jonathan ilk dəfə Boko Haram yaraqlılarının 100 gün qabaq oğurladığı məktəbli qızların valideynləri ilə görüşüb.

200-ə yaxın valideyn prezidentlə görüşdə iştirak edib. Qızların oğurlanmasından sonra 11 valideyn ölüb.

Boko Haram girovların həbs olunmuş döyüşçülərlə dəyişdirilməsini istəyir.

Prezident G. Jonathan bu tələbi rədd edib.

XS
SM
MD
LG