Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:06

Dünyada 700 min qadın uşaqkən ərə verilib


BMT-nin uşaq agentliyi olan UNİSEF bildirib ki, dünyada 700 min qadın uşaq olarkən ərə verilir.

UNİSEF iyulun 22-də xəbərdarlıq edib ki, əgər ölçü götürülməsə, 2050-ci ilə uşaqkən ərə verilən qızların sayı 1 milyardı keçəcək.

UNİSEF və Britaniya hökuməti hazırda “Qız Sammiti” adını alan tədbir keçirir.

Sammitdə çıxış edən Britaniyanın baş naziri Cameron qızların uşaqkən ərə verilməsini qadağan etməyə çağırıb.

Qızların uşaqkən ən çox ərə getdiyi region Cənubi Asiyadır. Dünyada belə nikahların yarısı məhz Cənubi Asiyanın payına düşür.

XS
SM
MD
LG