Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 03:49

Tbilisidə erməni keşişin döyülməsindən Ermənistan narahatlıq bildirir


Tbilisidə Müqəddəs Erməni Eçmiədzin Kilsəsinin keşişinə hücumdan Ermənistan narahatlıq bildirir.

Bunu Ermənistanın Xarici işlər nazirliyinin sözçüsü Tigran Balaian iyulun 21-də Yerevanda deyib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin tərəfsiz və ətraflı istintaq aparacağını gözləyirlər.

Gürcüstanda Erməni Apostol Kilsəsinin yaydığı bəyanatda deyilir ki, iyulun 19-dakı insident erməni kilsəsinin yanında maşınını saxlayan qadınla kilsəyə gələnlər və keşişlər arasında mübahisədən başlanıb.

Bundan sonra Tbilisinin 50 yerli sakini kilsənin yaxınlığında keşiş Manuk Zeynaliana hücum edib və onu döyüb.

XS
SM
MD
LG