Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:25

Məhkəmə Naxçıvan cəbhəçisinin şikayətini təmin etməyib


Yaşar Bağırsoy
Yaşar Bağırsoy

-
İyulun 21-də Babək rayon Məhkəməsi AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoyun iddiasını təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna Yaşar Bağırsoyun özü məlumat verib. O, işdən çıxarılması ilə əlaqədar Babək rayon Təhsil Şöbəsinin qərarından şikayət vermişdi.

Yaşar Bağırsoy məhkəmənin qərarı ilə razılaşmadığını bildirir:

«Çox gülməli bir proses oldu. Məktəb direktoru mənim haqqımda müsbət rəy verdi. Bildirildi ki, işlədiyim dövrdə hər zaman intizamlı olmuşam. Digər tərəfdən də məlum oldu ki, məhkəməyə mənim əleyhimə 32 akt, 10 sərəncam, 5 töhmət təqdim olunub. Hansı ki, bunlardan heç biri haqqında vaxtında mənə məlumat verilməyib. Belə çıxır ki, mən məhkəməyə müraciət edəndən sonra saxta sənəd hazırlayıblar ki, əllərində əsas olsun. Məni siyasi fəaliyyətimə görə işdən çıxarıblar. Məhkəmə sifarişli qərar çıxarmaqla bunu sübut etdi».

Yaşar Bağırsoy fevralın 22-də Babək rayon Təhsil Şöbəsindən işdən çıxarılması ilə bağlı məktub alıb. O, bu məktub əsasında məhkəməyə müraciət etmişdi. Həmin vaxt Yaşar Bağırsoy AzadlıqRadiosuna verdiyi açıqlamada işdən çıxarılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirdi.

Babək rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanov Yaşar Bağırsoyun işdən çıxarılmasının səbəbləri barədə danışmaq istəməyib. Babək rayon Təhsil Şöbəsindən AzadlıqRadiosunun suallarını cavablandırmayıblar.

XS
SM
MD
LG