Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:58

Donetsk şəhərində ağır döyüşlər


Ukraine -- People spray water to extinguish a fire on annexes of a building after combats between Ukrainian forces and pro-Russian militants in the eastern city of Luhansk, July 20, 2014
Ukraine -- People spray water to extinguish a fire on annexes of a building after combats between Ukrainian forces and pro-Russian militants in the eastern city of Luhansk, July 20, 2014

İyulun 21-də Donetsk şəhərində döyüşlər haqda xəbərlər yayılır. AzadliqRadiosu Donetsk şəhər bələdiyyəsinə istinadən xəbər verir ki, dəmir yolu vağzalı ərazisinə mərmiülər düşüb, nəticədə yaxınlıqdakı bazarda yanğın baş verib. Ərazidəki 9-mərtəbəli yaşayış binası da zədələnib. Şəhər rəhbərliyi dəmir yolu vağzalı ərazsində yaşayan sakinlərdən xahiş edir ki, evdə qalaraq pəncərələrə yaxınlaşmasınlar. Qeyd olunur ki, həmin ərazidə ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Dəmiryolu vağzalı Donetsk beynəlxalq aeroportunun yaxınlığındadır. Aeroport Ukrayna ordusunun nəzarətində olsa da, Rusiyameylli yaraqlıların mühasirəsində idi. İyulun 20-də Aeroportun yaraqlılaın əlinə keçməsinin qarşısını almaq üçün Ukrayna təhlükəsizlik qüvvələri mühasirəni yardıqlarını bilriblər.

Donetsk aeroportu uğrunda may ayından başlayaraq şiddətli döyüşlər gedir. Mayın 26-da buradakı hərbi əməliyyatlar zamanı da dəmiryolu vağzalı ərazisində dinc sakinlər həlak olmuşdu.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA İZLƏ

XS
SM
MD
LG