Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:12

İlham Əliyev «Norm» sement zavodunun açılışında iştirak edib


Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən «Norm» sement zavodunun açılışında iştirak edib.
Prezident.az-ın məlumatına görə, müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan prezidentə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə 5 min ton klinker, ildə 2 milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.
Dövlət başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb.

XS
SM
MD
LG