Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 22:22

Moskva da viza qadağası siyahısını açıqlayır


Rusiya Xarici İşlər Nazirliyi iyulun 19-da 12 ABŞ vətəndaşına viza qadağası siyahısını açıqlayıb. Moskva bununla ABŞ-ın Rusiya şirkətləri və vətəndaşlarına yeni sanksiyalarına cavab verib.

Moskvanın siyahısına İraq və Kubada Abu Ghraib və Quantanomo körfəzi həbsxanalarında işləmiş ABŞ hərbçiləri daxildir.

Siyahıda ABŞ konqresmeni James Moran-ın adı da var. Bu, Rusiya Dövlət Dumasının üzvü Adam Delimkhanov-un adının ABŞ siyahısına salınmasına cavabdır.

XS
SM
MD
LG