Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:55

Buludların üzərində ölüm


-

"Qanun" nəşriyyatı bütün dövrlərin ən populyar detektiv yazarı Agatha Christie-nin «Buludların üzərində ölüm» romanını Azərbaycan dilində çap edib.

Bu, müəllifin ən maraqlı əsərlərindən biridir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir.

Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir.

Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.

Tərcümə: Aslan Quliyev

XS
SM
MD
LG