Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

KİV-ə Dəstək Fondu 4400 manata Səbaili ictimaiyyətə tanıtmaq istəyir


-

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Səbail rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Fondun yaydığı məlumatda qeyd edilir ki, bu müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin üç yer üzrə mükafat fondu 2400 manatdır. (1-ci yer üçün 1000, ikinci yer üçün 800, üçüncü yer üçünsə 600 manat)

Bundan əlavə, həvəsləndirici mükafat kimi 10 yazı müəllifinə 200 manat pul veriləcək.

XS
SM
MD
LG