Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 06:26

Kür çayında iki nəfər boğulub


Salyanda iki nəfər Kür çayında boğulub. ANS PRESS-in məlumatına görə, rayonun Babazənan yaşayış massivinin sakini 44 yaşlı Azər Əliyev uşaqların sərinlənməsi üçün öz oğlunu, qardaşı və qaynı oğullarını götürərək Kür çayı sahilinə gəlib. Uşaqlar Kür çayında çimərkən onun özü sahildə onlara nəzarət edirmiş. Bu vaxt qardaşı oğlu, 13 yaşlı Samir Əliyev anidən Kürün dərin hissəsinə düşüb.

Özünü paltarlı çaya atan Azər Əliyev qardaşı oğlunu çayın dərinliyindən çıxarmaq üçün bir neçə dəfə cəhd edib. Lakin sonda Azər Əliyev də qardaşı oğlu ilə birlikdə çayda boğulub.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azyaşlı Samir Əliyevin meyitini çaydan çıxarsalar da Azər Əliyevin meyitini tapmaq mümkün olmayıb.

3 uşaq atası olan Azər Ağabəy oğlu Əliyev Nəriman Nərimanov adına Qazçıxarma İdarəsində qazmaçı vəzifəsində işləyirmiş.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

XS
SM
MD
LG