Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 14:42

Microsoft 39 illik tarixində ilk dəfə olaraq 18 min iş yerini ixtisar edir


Microsoft şirkəti elan edib ki, bu il 18 min iş yerini ixtisar edəcək. Bu, şirkətdə çalışanların 14 faizidir.

Microsoftun 39 illik tarixində hələ heç vaxt bu qədər iş yeri ixtisar olunmayıb.

12500 iş yerinin ixtisarı Microsoftun Nokianı almasından sonra yaranan ikili işlərin aradan qaldırılması ilə bağlıdır.

Aprel ayında Microsoftun Nokianı alması işçilərin sayını 25 min artırmışdı.

Microsoft Nokianı 7,2 milyard dollara almışdı.

XS
SM
MD
LG