Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:46

Rusiya ABŞ sanksiyalarını qisasçılıq adlandırır


Rusiya ABŞ-ın yeni sanksiyalarını pisləyib. Rusiyanın xarici işlər nazirliyinin bəyanatında deyilir ki, ABŞ-ın yeni sanksiyaları primitiv qısasçılıqdır. Xarici işlər nazirliyinin fikrincə, Ukraynada hadisələr Vaşinqtonun senarisi ilə getmədiyinə görə, ABŞ qisas alır.

Rusiya bildirir ki, onun şantaja dözmək fikri yoxdur və cavab addımları atmaq haqqını özündə saxlayır.

Xarici işlər nazirliyi onu da bildirir ki, Avropa Birliyinin ABŞ-ın şantajına getməyindən Rusiya məyusdur.

XS
SM
MD
LG