Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Vitse-admiral Şahin Sultanovun həbs müddəti uzadılıb


Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi istintaq orqanın verdiyi təqdimata baxaraq həbs müddətini 3 ay uzadıb.

HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntularının aşkarlandığı bildirilir. Pozuntularla bağlı Hərbi Prokurorluq cinayət işi açıb.

Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

XS
SM
MD
LG