Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:40

Təmir olunan yataqxanada ilişib qalmış köçkün ailəsi


Arxiv fotosu

“İcra hakimiyyəti də müəyyən edib ki, bizim hər ailə üzvümüzə ayrı-ayrılıqda bir otaqlı mənzil düşür. Mənzilimizi tələb edirik”.

Bakıda Balıqçılıq Texnikumunun yataqxanasındakı köçkünlər onlar üçün salınmış şəhərciklərə köçürülüblər. Bir ailə hələ də gözləməkdədir.

Elmira Məmmədova AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayətlənib ki, bir neçə aydır binada təmir-bərpa işləri başlanıb. Buna baxmayaraq ailəni başqa yerə köçürmək istəmirlər:

“Laçın köçkünüyük. 20 ildən çoxdur ki, bu yataqxanada məskunlaşmışıq. Bu şəraitdə yaşamaq çox çətinir. Yanvar ayından burada təmir işləri gedir. Bizdən başqa bütün ailələrə ev verildi”.

Nərimanov rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, Məmmədovlar ailəsinin üzvlərinə - iki bacılara və anaya ayrı-ayrılıqda hər birinə bir otaqlı mənzil verilməsi üçün Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məktub göndərilib.

Elmira Məmmədova da bunu təsdiqləyir. Deyir, icra hakimiyyətinin “Qaçqınkom”la bu yazışmasından sonra onlara mənzil təklif olunub:

“Ancaq bizə Mehdiabaddakı binanın zirzəmisini təklif etdilər. Ora da nəmişlik idi deyə, getmədik. Həm də bizə - mənə, bacıma və anama üç yerdə ayrı-ayrılıqda ev verilməlidir. Ancaq “Qaçqınkom” üçümüzə də bircə mənzil təklif edirdi”.

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilər ki, Məmmədovlar ailəsi onlara təklif olunan mənzillə razılaşmayıblarsa, bu barədə quruma rəsmi mürqaiət etməlidilər və araşdırma aparılmalıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG