Britaniyanın baş naziri David Cameron Philip Hammondu yeni xarici işlər naziri təyin edib. Hammond indiyə kimi müdafiə naziri idi.
Hammonddan qabaq xarici işlər naziri olan Hague 4 illik fəaliyyətindən sonra bu vəzifədən getdi.
Yeni müdafiə naziri isə Michael Falcon olacaq. O hökumətdə enerji, biznes və işgüzarlıq məsələləri ilə məşğul idi.
Hökumətdə dəyişikliklər gələn maydakı parlament seçkiləri ilə bağlıdır.
1989-cu ildə parlamentə seçilmiş Hague deyib ki,o, gələn il ümumiyyətlə, milli siyasətdən gedir.
O bildirib ki, dünyada seksual zorakılığa son qoymaqda xüsusi elçi işini isə davam etdirəcək. O bunu indiyədək məşhur Hollivud ulduzu Angelina Jolie ilə birlikdə edirdi.