Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:37

Azərbaycan Ordusunun əsgərinin intihar etdiyi deyilir. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Xəlilov Orxan Lazım oğlunun tabeliyindəki xidməti silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

XS
SM
MD
LG