Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:16

Kerry İranın nüvə danışıqlarının «ağır» keçdiyini deyir


John Kerry və Mohammad Javad Zari
John Kerry və Mohammad Javad Zari

ABŞ Dövlət Katibi John Kerry deyir ki, Vyanada iranlı həmkarı Mohammad Javad Zarif ilə İranın nüvə proqramına dair apardığı danışıqlar «çox ağır» keçir. Kerry bunu iyulun 14-də deyib. İranın ziddiyyətli nüvə proqramını məhdudlaşdıracaq sazişin əldə olunması üçün qoyulan son tarix iyulun 20-də bitir.

ABŞ rəsmisi Vyanada «Radio Farda»ya demişdi ki, Kerry danışıqlarda irəliləyişin əldə olunmasının mümkünlüyünə baxacaq. Ancaq məlumatlara görə, Kerry iyulun 15-də Misirə uçacaq, Qəzza zolağında atəşkəsin əldə olunması imkanlarını araşdıracaq.

Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri iyulun 13-də Vyananı tərk ediblər. Onlar İrandan güzəşt qoparmaq üçün səy göstəriblər. Rusiya və Çin danışıqlara aşağı səviyyəli rəsmi göndərib.

XS
SM
MD
LG