Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Qəzzada ölənlərin sayı 173-ə çatdı, BMT və Avropa Birliyi atəşkəsə çağırır


Avropa Birliyi və BMT atəşkəsə çağırsa da İsraillə Qəzza bölgəsi arasında atışma davam edir.

Fələstin tərəfinin bildirdiyinə görə, 7 günlük İsrail hücumlarında 173 fələstinli öldürülüb. 17 min fələstinli öz evindən didərgin düşüb. Fələstinlilərin raket atəşində isə ölən israilli yoxdur.

Avropa Birliyi iyulun 14-də bildirib ki, atəşkəs sazişi üzərində işləyir.

BMT-nin Təhlükəsizlik şurası da atəşkəsə çağırır.

XS
SM
MD
LG