Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:44

Bakıda müasir memarlıq insan haqları hesabına başa gəlir- Mətbuat icmalı


-

Guardian qəzeti Bakıda memarlıqla insan haqlarının münasibətindən yazır.

Qəzet qeyd edir ki, Londonlu memar Zaha Hadidin “Heydər Əliyev Mərkəzi” kimi layihələri ilə Bakı ən müasir beynəlxalq memaralıq mərkəzinə çevrilir.

Qəzet daha sonra yazır ki, Bakının belə müasir memarlıq dəyişiklikləri, məlumatlara görə, birinci ledi Mehriban Əliyeva ilə bağlıdır. Şəhərin mərkəzindəki yeni tikintilərdə Mehriban Əliyevanın payı böyükdür.

Mehriban Əliyeva həmçinin Parisə böyük rəğbəti ilə məlumdur. Ona görə də Bakıda metro stansiyasında Luvrsayağı piramidanın və Parisdəki kimi kioskların yerləşdirilməsi gözlənilməz deyil.

Ancaq qəzet yazır ki, dünyanın bir çox şəhərlərində olduğu kimi Bakıda da şəhərsalma insan insan haqları hesabına başa gəlir.

Qəzet Freedom House və Human Rights Watch kimi insan haqları təşkilatlarına istinadla yazır ki. bu yeni memarlıq abidələrinə yeri illərlə insanların öz evlərindən köçürülməsi hesabına boşaldıblar.

68 yaşlı pensiyaçı isə deyir ki, onlar, yəni hökumət, bu tikililərə milyonlar xərcləyir, ancaq pensiyaçıya normal pensiya verə bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG