Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:44

Beynəlxalq festivalın baş mükafatını gürcü rejissor qazandı


Giorgi Ovashvili
Giorgi Ovashvili

-

Çexiyanın Karlovı Varı şəhərində keçirilən film festivalının baş mükafatı - "Büllur qlobus" gürcü rejissor Giorgi Ovashvili-yə verildi: "Qarğıdalı adası" filminə görə.

Film 5 ölkənin müştərək istehsalıdır. O cümlədən Çexiyanın. Gürcüstanda çəkilmiş film Praqadakı Barrandov kinostudiyasında montaj edilib.

Filmdəki hadisələr çayın ortasındakı kiçik bir adada cərəyan edir. Bu çay Gürcüstanla onun separatçı bölgəsi - Abxaziya arasında təbii sərhəddir. Filmin qəhrəmanları qoca kəndli və onun qız nəvəsidir.

"Çəkilişlərə uyğun adanı çox axtardıq. amma tapmadıq. Axırda adanı gölün ortasında özümüz yaratdıq" - deyə rejissor bildirib.

Baş rolları türkiyəli aktyor və cənubi osetiyalı aktrisa oynayıblar.

Giorgi Ovashvili 1996-cı ildə Tbilisidəki Dövlət Teatr və Kino İnstitutunu bitirib.

Daha sonra ABŞ-ın Universal studiyasında təcrübə keçib. İlk tammetrajlı filmini 2009-cu ildə çəkib.

Karlovı Varı Festivalının qalibinə 25 min dollarlıq pul mükafatı da verilir.

Bu il festivala 200-dək film qəbul edilmişdi. Baş mükafat uğrunda Azərbaycanda istehsal olunmuş «Axınla aşağı» filmi də mübarizə aparırdı.

"Qarğıdalı adası" filminin treyleri

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG