Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 10:06

Ukrayna ərazisi Rusiya tərəfdən atəşə tutulub


Ukrayna hərbçiləri

-

İyulun 12-si gecə Rostov vilayətinin Kuybışevo kəndindən Marinovka buraxılış məntəqəsi atəşə tutulub. Bundan başqa, Ukraynanın hava məkanı bir neçə dəfə pozulub, pilotsuz təyyarələrin uçuşu qeydə alınıb.

Bu haqda Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda isə Luqansk vilayətinin Zelenopolye kəndi yaxınlığında döyüş gedir. Ötən sutka ərzində gedən döyüşlər zamanı Ukraynanın şərqində 5 Ukrayna hərbçisi həlak olub, 27-si yaralanıb.

XS
SM
MD
LG