Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

Sarkisian: «Danışıqlarda problem odur ki...»


S.Sarkisian Uruqvay erməniləri ilə görüşür - 10 iyul 2014
S.Sarkisian Uruqvay erməniləri ilə görüşür - 10 iyul 2014

-

Ermənistan prezidenti Serzh Sarkisian Uruqvaya səfərini başa vuraraq Çiliyə yola düşüb.

Çiliyə getməmişdən əvvəl o, Uruqvay erməni icmasının nümayəndələri ilə görüşüb. Prezident deyib ki, lazım gəlsə, Yerevan Uruqvay erməniləri ilə birlikdə Montevideoda Ermənistan səfirliyini açmağa hazırdır.

Görüşdə Sarkisian-a Ermənistanın boşalması və mühacirət problemi barədə suallar da verilib. Cavabında o bildirib ki, bu məsələ spekulyasiya predmetinə çevrilib. Sarkisian deyib ki, o, mühacirət məsələsinə ürəkağrısı ilə yanaşır, bununla belə heç kim getməsin deyə, ölkənin qapılarını bağlamaq olmaz.

Dağlıq Qarabağ problemi haqqında danışarkən Sarkisian Ermənistanın Qarabağı hər məsələdə dəstəklədiyini bəyan edib.

«Dağlıq Qarabağ danışıqlarda tamhüquqlu tərəf ola bilməzmi» sualına cavabında Ermənistan prezidenti deyib ki, Qarabağın danışıqlar prosesindən çıxması barədə qərarı o, verməyib:

«Lakin mən həmişə bildirirəm ki, Qarabağ danışıqlar barədə məlumatlanmalıdır».

Sarkisian-ın dediyinə görə, 2011-ci ilin iyununda Kazanda Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarında problem də məhz Qarabağın bu prosesdə iştirakı, razılaşmanı imzalayıb ratifikasiya etməsi tələbi ilə bağlı idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG