Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:01

Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçiriləcək


Vüqar Həşimov
Vüqar Həşimov

-

İyulun 24-də Azərbaycan şahmatçısı, mərhum Vüqar Həşimovun anadan olmasının 28-ci ildönümü ilə əlaqədar 12 yaşadək uşaqlar arasında beynəlxalq şahmat turniri keçiriləcək.

Turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və s. ölkələrdən 100-dən çox şahmatçı mübarizə aparacaq. Yarışın ilk turu iyulun 25-də keçiriləcək.

Turnir avqustun 2-də başa çatacaq.

Yarışın qalibi Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək hüququ qazanacaq. Qalib şahmatçı Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Gümüş medalçı «Baku Open», bürünc mükafatın sahibi isə «Naxçıvan Open» turnirlərinə dəvət alacaq.

XS
SM
MD
LG