-
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 67.3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulub.
Dövlət Statistika Komitəsindən apa-ya verilən xəbərə görə, doğulan körpələrin 53.6%-i oğlan, 46.4%-i isə qızdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəmdir.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30.9 min nikah və 5 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməz (müvafiq olaraq 7.9 və 1.3) qalıb.