Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 17:56

Sabah 11 şəhərdə imtahan olacaq


İyulun 12-də Azərbaycanın 11 şəhərində I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, imtahanda 29 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 22 minə yaxını birinci qrup üzrə, qalanları dördüncü qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26 min 160 nəfəri Azərbaycan bölməsinin, 2 min 795 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 18 minə yaxını oğlanlar, 11 mindən çoxu isə qızlardır.

184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyentin 26, ən gəncin isə 17 yaşı var.

Multimedia

XS
SM
MD
LG