Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Ukraynanın şərqində sutka ərzində 3 hərbçi ölüb, 12 nəfər yaralanıb


-

Ukraynanın şərqində durum gərgin olaraq qalır. Ötən gecə yaraqlılar Ukrayna ordusunun blokpostlarını atəşə tutub. 3 hərbçi həlak olub, 12 nəfər yaralanıb.

Dyakovo rayonunda 7 hərçi yaralanıb, ikisinin durumu ağırdır.

Donetskdə aeroport ərazisində hərbi əməliyyatlar gedir, ağır artilleriyadan istifadə olunur. Şahidlər böyük zirehli texnika gördüklərini deyir.

Ötən axşam Luqanskda avtobus minomyot atəşinə tutulub. 5 nəfər ölüb, 10-dan çox adam yaralanıb. Bu xəbəri UNİAN yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG