Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

Kerry Əfqanıstana gözlənilməz səfər edib


John Kerry Əfqanıstan XİN rəsmisi Hamid Siddiq-lə Kabil beynəlxalq aeroportunda söhbət edir, 11 iyul
John Kerry Əfqanıstan XİN rəsmisi Hamid Siddiq-lə Kabil beynəlxalq aeroportunda söhbət edir, 11 iyul

-

ABŞ dövlət katibi John Kerry Əfqanıstana gözlənilməz səfər edib. Məqsəd prezident seçkisindən sonrakı gərginliyi azaltmaqdır. İlkin nəticələr ölkədə zorakılıq və etnik iğtişaşlar qorxusu yaradıb.

KERRY NAMİZƏDLƏRLƏ GÖRÜŞƏCƏK

Dövlət Departamentinin sözçüsü Jeff Rathke deyib ki, Kerry prezidentliyə namizədlər Abdullah AbdullahAshraf Ghani, eləcə də hazırkı prezidenti Hamid Karzai ilə görüşəcək.

Abdullah Abdullah-ın şəkli asılır
Abdullah Abdullah-ın şəkli asılır

Müstəqil Seçki Komissiyası Ghani-nin seçkinin ikinci turunu 56,44 faiz səslə udduğunu bildirib. Ancaq rəsmi nəticələr iyulun 22-də elan olunacaq.

Birinci raundu udmuş Abdullah ilkin nəticələri əfqan xalqına qarşı «çevriliş» adlandırıb.

Kerry öncə bildirib ki, Əfqanıstan Karzai-dən sonra hakimiyyətin demokratik ötürülməsi yolunda «ağır mərhələ» yaşayır. Karzai Talibandan sonra 10 il hakimiyyətdə olub.

«YOL TAPILACAQ»

Kerry deyib ki, iyun seçkisinin qanuniliyi, eləcə də rahat siyasi keçid «çox böhranlı durumdadır».

Ashraf Ghani
Ashraf Ghani

O, ümidini bildirib ki, insanların şübhələrinin təmin olunması və gələcəyin müəyyənləşdirilməsi üçün «yol tapılacaq».

«Çox iş görməliyik», Kerry deyib.

Vaşinqton Əfqanıstanda bütün siyasi tərəflərin iştirak etdiyi hökumət görmək istədiyini dəfələrlə bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki iyulun 10-da söyləyib ki, «hökumətin tərkibini müəyyənləşdirmək Əfqanıstanın növbəti prezidentinin işidir».

«Birləşmiş Ştatlar vahid Əfqanıstan görmək istəyir», Psaki deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG