Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 09:08

BMT deyir ki, İraqda tapılmış nüvə materialı təhlükəli deyil


BMT-nin nüvə agentliyi deyir ki, İraqda yaraqlıların ələ keçirdiyi nüvə materialı ciddi təhlükə yaratmır. Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 10-da «Reuters» agentliyinə bildirib ki, «həmin material aşağı dərəcəlidir və ciddi təhlükəsi, yayılma riski yoxdur».

İraq iyulun 8-də BMT-yə məktub göndərib ki, «terrorçu qruplar» Mosulda universitetdə elmi tədqiqat üçün saxlanan nüvə materialını ələ keçiriblər. Məktubda 40 kiloqram urandan söhbət gedir. Məktubu «Reuters» görüb.

Son həftələr İslam Xilafəti (İŞİD) yaraqlıları İraqın şimali-qərbində böyük ərazilər ələ keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG