Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 13:25

John Kerry İranın nüvə danışıqlarına qatılacaq


ABŞ Dövlət katibi John Kerry bu həftəsonu Vyanaya səfər edəcək, dünya güclərinin İranın nüvə silahlarına dair danışıqlarına qatılacaq.

Dövlət Departamenti iyulun 10-da bildirib ki, Kerry «ciddi boşluqlar olan məsələlər üzrə irəliləyiş əldə olunmasının mümkünlüyünə baxacaq, İranın danışıqlar masasında ciddi seçimlər etmək istəyini dəyərləndirəcək».

Məlumatlara görə, Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri də danışıqlarda iştirak edəcək. Diplomatların sözlərinə görə, Rusiya xarici işlər naziri Sergei Lavrov və Çinin xarici işlər nazirliyinin rəsmisi də prosesə qoşula bilər.

Vyanada danışıqlarda dərin fikir ayrılığı var.

Birləşmiş Ştatlar İranın nüvə zənginləşdirmə qabiliyyətinin kəskin azaldılmasını istəyir. İran təmsilçiləri isə tələb edirlər ki, Tehrana zənginləşdirmə fəaliyyətini genişləndirməyə icazə verilsin.


Fikir ayrılıqlarının həlli üçün 20 iyul son tarix təyin olunub.

XS
SM
MD
LG